“Yaxşı ki, mənim oynadığım dönəmdə VAR yox idi” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın 26-cı turunda “Çelsi”ni məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Bəzi anlarda diqqətsizlik oldu, ancaq müdafiədə çox yaxşı oynadıq. Erik Bayi qayıtdıqdan sonra möhtəşəm oyun sərgilədi. İki qol buraxdıq, ancaq VAR səbəbiylə ləğv edildi. Harri Maquayr şanslıydımı? Mişi Batşuayi onun üzərinə gəlirdi, o da ayağını uzatmışdı. Yaxşı ki, mənim oynadığım dönəmdə VAR yox idi”.