“Onu istəyən bəzi klublar var” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Aleksis Sançesin komandadan ayrıla biləcəyini deyib.

Komanda.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis, İngiltərə mətbuatına açıqlamasında söyləyib:

“Transfer pəncərəsi dövrünün bitməsinə bir neçə həftə var. Aleksis komandadan ayrıla bilər. Onu istəyən bəzi klublar var. Sonda nə olacağını görəcəyik”.

Sançeslə İtaliyanın “İnter” klubu yaxından maraqlanır.