“Mançester Yunayted”i “Barselona”ya dəyişə bilər

“Mançester Yunayted”in futbolçusu Antoni Marsial karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı hücumçu ilə “Barselona” maraqlanır.

“Mançester Yunayted”də oyun praktikasından əziyyət çəkən 25 yaşlı futbolçu Kataloniya təmsilçisinə icarəyə yollanmağa müsbət yanaşır.