“Mançester Yunayted”də yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Din Hendersonla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

Mançester təmsilçisinin öz yetirməsi olan 23 yaşlı ingilis qolkiperlə 5+1 illik müqavilə imzalanıb.

Henderson geridə qalan mövsümü icarə əsasında “Şeffild Yunayted”də keçirib. O, bu komandanın heyətində 33 oyuna çıxıb, 13 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Din Henderson artıq İngiltərə yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button