“Orda mənə oynamağa icazə verilsəydi…” – Aleksis Sançes

İtaliyanın “İnter” klubunun “Mançester Yunayted”dən icarə əsasında heyətinə qatdığı Aleksis Sançes açıqlama verib.

Komanda.az “BBC Sport”a istinadən xəbər verir ki, çilili futbolçu, “qırmızı şeytanlar”dan ayrılmasının səbəbini açıqlayıb:

“Mançester Yunayted”də xoşbəxt idim, amma hər zaman dostlarıma demişəm, oynamaq istəyirəm. Orda mənə oynamağa icazə verilsəydi, əlimdən gələni edərdim. Bəzən bir matçda 60 dəqiqə meydanda olurdum, amma növbəti matçda iştirak etmirdim. Bunun səbəbini bilmirəm.

“Mançester Yunayted”ə transfer olunarkən, xoşbəxt idim. Bunu hər zaman demişəm. Bu klub İngiltərədə ən çox uğur qazanan klubdur. “Arsenal”a transferim isə fantastik idi. Orda daha xoşbəxt idim. Amma həmin vaxt “Mançester Yunayted” möhkəmlənirdi və nəticə əldə etmək üçün futbolçuları transfer edirdilər. Bu komandaya getmək və orda kuboklar qazanmaq istəyirdim. Ora getdiyim üçün peşman deyiləm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button