Sulşerin taleyinə aydınlıq gəldi

“Mançester Yunayted” mövsümün sonuna qədər razılaşdığı baş məşqçi Ole-Qunnar Sulşerlə uzunmüddətli müqavilə imzalayacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” AÇ-2020-nin seçmə mərhələsinin oyunları zamanı ölkə çempionatında yaranan fasilədə, norveçli mütəxəssislə yeni sözləşmə imzalayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted” Sulşerlə müqavilə imzalayacağı təqdirdə, norveçli mütəxəssisin keçmiş komandası “Molde”yə 9,5 milyon avro təzminat ödəyəcək.

Sulşer ötən ilin dekabrında “Mançester Yunayted”in “sükanı arxasına” gətirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button