“Mançester Yunayted”də ilk ayrılıq

“Mançester Yunayted”in futbolçusu Antonio Valensiya yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında deyib. Norveçli mütəxəssis, mövsümün sonunda müqaviləsi bitəcək Valensiya ilə yeni sözləşmə imzalamayacaqlarını bildirib.

2009-cu ildən “Mançester Yunayted” formasını geyinən Valensiya, “qırmızı şeytanlar”la 338 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button