“Mançester Yunayted”də ilk ayrılıq siqnalı


“Mançester Yunayted”in futbolçusu Maruan Fellaini klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer rəhbərlikdən belçikalı yarımmüdafiəçinin satılmasını istəyib. Bu barədə İngiltərənin “The Mirror” nəşri məlumat yayıb. Fellaininin Sulşerin gələcək planlarında yer almadığı üçün satışa çıxarılacağı bildirilir.

31 yaşlı yarımmüdafiəçiylə “Milan” yaxından maraqlanır.

2013-cü ildən “Mançester Yunayted”də forma geyinən Fellaini, cari mövsümdə 21 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button