“Mançester Yunayted”də ciddi itki

İngiltərənin “Mançester Yunayted” klubu itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi Skott Maktomineyin xidmətindən məhrum olub.

Buna gənc futbolçunun Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən “Nyukasl” ilə ev oyununda (4:1) aldığı zədə səbəb olub.

Zədəsi ciddi olan futbolçu fasilədə əvəzlənib. 23 yaşlı ingilis yarımmüdafiəçinin aqibətinə qarşıdakı günlərdə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.

Baş məşqçi Ola Qunnar Sulşer matçdan sonra baş tutan mətbuat konfransında Maktomineyin ən azı qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button