“Mançester Yunayted”də ayrılıq

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Odion İqalo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

31 yaşlı hücumçu ilə başa çatan icarə müqaviləsinin müddəti uzadılmayıb. Beləliklə, o, müqavilə ilə məxsus olduğu Çinin “Şanxay Şenxua” klubuna qayıdıb.

Qeyd edək ki, İqalo ötən ilin yanvarında icarə əsasında “Mançester Yunayted”ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button