“Mançester Yunayted”dən tarixi forma FOTO

“Mançester Yunayted”in yeni mövsümdə ev oyunlarında geyinəcəyi formalar məlum olub.

Komanda.az xəbər verir ki, “Adidas” şirkəti tərəfindən hazırlanan formalar 1998/99 mövsümündə qazanılan uğurlara həsr olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Mançester Yunayted” 1998/99 mövsümündə Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Federasiya kubokunu qazanıb.

Yeni formada “Mançester Yunayted”in 1998/99 mövsümündə Çempionlar Liqasının finalında “Bavariya”nı 90+1 və 90+3-cü dəqiqələrdə vurduğu qollarla məğlub etməsi də qeyd edilib. Köynəyin qollarında 90+1 və 90+3 yazıları əks olunub.