“Mançester Yunayted”dən rekord göstərici

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 34-cü turunda “Vest Hem”i 2:1 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə hər iki qolu penaltidən Pol Poqba vurub. “Mançester Yunayted” bu mövsüm Premyer Liqada 12-ci dəfə penalti zərbəsindən fərqlənib. Bu, “qırmızı şeytanlar”ın klub tarixində rekord göstəricisidir.

MY 34 turdan sonra 65 xalla 5-ci sıradadır.