“Mançester Yunayted”də yeni müqavilə

“Mançester Yunayted” futbolçusu Andres Pereyranın müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı yarımmüdafiəçiylə müddəti 2020-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Pereyranın əvvəlki müqaviləsi bu mövsümün sonunda bitirdi.

2012-ci ildə “Mançester Yunayted”in heyətinə cəlb edilən braziliyalı futbolçu, 2015-ci ildə əsas komandada debüt edib.

Pereyra cari mövsümdə 14 qarşılaşmada iştirak edərək, bir qola imza atıb.