Anası ilə danışdılar – Transferi üçün

“Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Adrien Rabiotu transfer etmək üçün danışıqlar aparır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu 27 yaşlı fransalı üçün 15 milyon avro təklif edib. “Mançester Yunayted” futbolçu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalamaq istəyir və onun anası ilə anlaşmanın şərtlərini müzakirə edib.

Rabiot 2019-cu ilin iyul ayından “Yuventus”da oynayır. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Fransalı futbolçu ötən mövsüm Turin klubunun heyətində 45 matçda 2 məhsuldar ötürmə edib.