Mourinyonun sonuncu “yadigar”ı da MY-dən ayrıldı

“Mançester Yunayted” qapıçı məşqçisi Emilio Alvareslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında deyib. Norveçli mütəxəssis, Emilio ilə yollarını ayırdıqlarını və ona uğurlar arzu etdiklərini bildirib.

Emilio Alvares 2016-cı ildən “Mançester Yunayted”də çalışırdı və qapıçı David de Xea ilə işləyirdi.

İspan mütəxəssis 2016-cı ildə Joze Mourinyo ilə birgə “Mançester Yunayted”ə gəlmişdi. O, Mourinyonun məşqçilər korpusundan bu günə kimi klubda qalan sonuncu məşqçi idi.

Joze Mourinyo 2016-2018-ci illərdə MY-də çalışıb.