“Mançester Yunayted” PSJ ilə oyuna onsuz çıxacaq

İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşacağı Fransa PSJ-si ilə oyunda itkiylə çıxacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Aksel Tuanzebe bu görüşdə forma geyinə bilməyəcək.

Buna onun cəzalı duruma düşməsi səbəb olub. Türkiyə çempionu “Başakşəhər”lə oyunda sonradan meydana çıxmasına baxmayaraq, sarı vərəqə alan futbolçu növbəti matçı buraxmaq məcburiyyətində qalıb. Çünki bu, onun yeni mövsümdə üçüncü sarı vərəqəsidir.