“Mançester Yunayted” onun üçün 68 milyon ödəməyə hazırdır

“Mançester Yunayted” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” “Lester”dən Ceyms Meddisonu transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted” 22 yaşlı yarımmüdafiəçi üçün “Lester”ə 68 milyon avro ödəməyə hazırdır. Meddisonla “Mançester Yunayted”lə yanaşı, “Mançester Siti” və “Liverpul” da yaxından maraqlanır.

2018-ci ildə “Norviç”dən transfer edilən Meddison, geridə qalan mövsümdə “Lester” formasıyla 38 qarşılaşmada iştirak edərək, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button