“Mançester Yunayted” onu satmaq istəyir

“Mançester Yunayted” müdafiəçisi Aleks Tellesi satmağa hazırdır.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu baş məşqçi Erik ten Haqın planlarına daxil deyil. Bu üzdən, “Mançester Yunayted” onu satmaq istəyir.

“Qırmızı şeytanlar” “Feyenoord”dan Tyrell Malasyanı transfer etmək istədiyi üçün braziliyalı müdafiəçi bu yay klubu tərk edəcək.

Telles 2021/22 mövsümündə “Mançester Yunayted”in heyətində 25 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button