“Mançester Yunayted” “Liverpul”a evdə uduzdu

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.

Komanda.az xəbər verir ki, əvvəlcə 19-cu turdan təxirə salınmış “Aston Villa” – “Everton” görüşü baş tutub.

Bu oyunda komandalar meydanı qolsuz tərk ediblər.

Daha sonra 34-cü turda Mançesterdəki etirazlara görə təxirə salınmış “Mançester Yunayted” – “Liverpul” matçı keçirilib. Altı qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbə qazanıblar.

İngiltərə Premyer Liqası
13 may

19-cu turun oyunu

Aston Villa – Everon 0:0

34-cü turun oyunu

Mançester Yunayted – Liverpul 2:4
Qol
: B.Fernandes, 10. Reşford, 68 – Jota, 34. Firmino, 45+3; 47. Salah, 90.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button