“Mançester Yunayted”in hücumçusu zədələndi

“Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. İngilis hücumçu Premyer Liqanın 27-ci turunun “Mançester Siti” ilə səfər matçında zədələnib. Reşford bu gün tibbi müayinədən keçəcək.

“Mançester Yunayted” səfərdə “Mançester Siti”ni 2:0 hesabıyla məğlub edib.