“Mançester Yunayted”də noyabrın ən yaxşısı

“Mançester Yunayted” klubunda noyabr ayının ən yaxşı futbolçusu bilinib.

Komanda.az xəbər verir ki, bu, Markus Reşforddur. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ötən ay iştirak etdiyi 4 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.