“Mançester Yunayted” “Mançester Siti” ilə oyuna onsuz çıxacaq

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Mançester Siti”nin qonağı olacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” sözügedən qarşılaşmada qapıçı David de Xeanın xidmətindən yararlana bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı qapıçının qız övladı olub və o, ailəsinin yanında olmaq üçün İspaniyaya yollanıb.

Martın 7-də keçiriləcək “Mançester Siti” – “Mançester Yunayted” matçı saat 20:30-da start götürəcək.