Ronaldoya yaraşmayan göstərici

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 23-cü turunda Markus Reşfordun sonuncu dəqiqədə vurduğu qolla “Vest Hem”i məğlub edib – 1:0.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən matçın 9-cu dəqiqəsində cərimə zərbəsi yerinə yetirən Kriştiano Ronaldo uğursuz göstəriciyə imza atıb.

Ronaldo 2017/18 mövsümündən bu yana 90 dəfə cərimə zərbəsi yerinə yetirib və bunların sadəcə birində qol vurmağı bacarıb.