“Mançester Yunayted” 15 milyon avro təklif edəcək

“Mançester Yunayted” icarə əsasında komandada çıxış edən Odion İqalonun transfer hüquqlarını almaq istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar” nigeriyalı hücumçu üçün müqavilə ilə məxsus olduğu “Şanxay Şenxua” klubuna 15 milyon avro təklif edəcək.

“Mançester Yunayted” İqaloyla uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. “Qırmızı şeytanlar” 30 yaşlı hücumçuya illik 6 milyon avro məvacib vermək istəyir.

MY ilə 8 oyunda iştirak edən nigeriyalı hücumçu, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.