MY-də ciddi itki – “Liverpul”la oyundan əvvəl

“Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu David de Xea sıradan çıxıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

De Xea İspaniya millisinin AÇ-2020-nin seçmə mərhələsində İsveçlə qarşılaşdığı oyunda (1:1) zədələnib. O, 60-cı dəqiqədə Kepa Arrisabalaqa ilə əvəzlənib.

De Xeanın “Mançester Yunayted”in İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Liverpul”la qarşılaşacağı oyunda iştirakı sual altındadır.

Oktyabrın 20-də keçiriləcək “Mançester Yunayted” – “Liverpul” oyunu saat 19:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button