Ronaldo rekorda doymur

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atalanta”nı məğlub edib – 3:2.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo sözügedən oyunda bir qol vuraraq, yeni rekorda imza atıb.

Belə ki, Berqamo təmsilçisi portuqaliyalı hücumçunun Çempionlar Liqasında qol vurduğu 38-ci komanda olub. Daha əvvəl hansısa futbolçu bu göstəriciyə çata bilməyib.

“Mançester Yunayted” ÇL-in F qrupunda 6 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button