“Mançester Yunayted”i PSJ ilə oyuna o çıxaracaq

“Mançester Yunayted” Çempionlar Liqasının H qrupunda bu gün PSJ ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada “qırmızı şeytanlar”ın kapitanı Bruno Fernandes olacaq. Bu barədə BBC məlumat yayıb. Xəbərdə, portuqaliyalı yarımmüdafiəçinin Harri Maquayrın yoxluğunda kapitanlıq sarğısını daşıyacağı bildirilir.

Bu gün keçiriləcək PSJ – “Mançester Yunayted” matçı saat 23:00-da start götürəcək.