“Poqba “Mançester Yunayted” çətin vəziyyətdə olarkən ordan qaça bilməz”

Cari mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağı gözlənilən Pol Poqbanın meneceri Mino Rayola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Rayola, fransalı futbolçunun keçmiş klubu “Yuventus”a qayıtmaq ehtimalı barədə danışıb:

“İtaliya Poqbanın evi kimidir. Amma o, “Yuventus”a qayıtmaq fikrində deyil. Avropa çempionatından sonra nə olacağını görəcəyik. Poqba ən yaxşı səviyyədə oynamaq istəyir, amma “Mançester Yunayted” çətin vəziyyətdə olarkən ordan qaça bilməz”.  

Poqba 2012-2016-cı illərdə “Yuventus”un şərəfini qoruyub. Onun “Mançester Yunayted”lə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.