“Mançester Yunayted” – “Barselona” matçı italyanlara tapşırıldı

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Mançester Yunayted” – “Barselona” və “Ayaks” – “Yuventus” matçlarına təyinatlar açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, İngiltərədə keçiriləcək “Mançester Yunayted” – “Barselona” matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Canluka Rokki olacaq. Ona Filippo Meli və Matteo Passeri kömək edəcək. VAR hakimi Massimiliano İrrati, köməkçisi Marko Qvida olacaq. Oyunun 4-cü hakimi funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

“Ayaks” – “Yuventus” matçı isə İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Karlos del Serro olacaq. Ona Xuan Yuste və Roberto Alonso kömək edəcək. VAR hakimi Alexandro Ernandes, köməkçisi Xuan Martines olacaq. Oyunun 4-cü hakimi funksiyasını isə Tasos Sidiropulos yerinə yetirəcək.

Hər iki qarşılaşma aprelin 10-da, saat 23:00-da start götürəcək.