“Mançester Yunayted” bacı ilə qardaşı qovuşdurmaq istəyir

“Mançester Yunayted” müqavilə ilə “Çelsi”yə məxsus olan Ceyms Risi transfer etmək niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar” icarə əsasında “Viqan”da forma geyinən 19 yaşlı müdafiəçi üçün “zadəganlar”la danışıqlara başlayacaq. “Çelsi” ilə 2022-ci ilə qədər müqaviləsi olan Risin transfer dəyəri 15 milyon funt-sterlinqdir.

Risin bacısı Ceyms Loren isə “Mançester Yunayted”in qadın futbolçulardan ibarət komandasında çıxış edir.