“Barselona” üçün 22 “şeytan”

“Mançester Yunayted” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona” ilə qarşılaşacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” İspaniya səfərinə 22 futbolçuyla yollanıb. “Mançester Yunayted”in heyətində Luk Şou cəza səbəbindən “Barselona” qarşısında forma geyinməyəcək.

“Barselona” – “Mançester Yunayted” matçı sabah, saat 23:00-da start götürəcək. Komandalar arasındakı İngiltərədə baş tutan ilk görüşdə “Barsa” minimal hesabla qələbə qazanıb – 1:0.

“Mançester Yunayted”in “Barselona” matçı üçün açıqlanan heyəti aşağıdakı kimidir:

Qapıçılar: David De Xea, Serxio Romero, Li Qrant;

Müdafiəçilər: Dieqo Dalot, Matteo Darmian, Fil Cons, Viktor Lindelöf, Markos Roxo, Kris Smollinq, Luk Şou;

Yarımmüdafiəçilər: Eşli Yanq, Fred, Nemanya Matiç, Skott MakTominay, Andreas Pereyra, Pol Poqba, Cessi Linqard, Xuan Mata;

Hücumçular: Aleksis Sançes, Antoni Marsial, Romelu Lukaku, Markus Reşford.