“Bunları düzəltməliyik” – Neymar

PSJ-nin hücumçusu Neymar Liqa 1-in 12-ci turu çərçivəsində “Bordo”yla 2:2 hesablı heç-heçəyə razılaşdıqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, bərabərlik barədə danışan braziliyalı futbolçu, Çempionlar Liqasının növbəti turunda “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyuna da toxunub:

“Çəkingən oyun oynadıq. Qol vurmağı bacardıq, amma lazım olan nüansları qaçırdıq. Bunları düzəltməliyik. Çempionatda qalib gəlməyi bacarmasaq, çempionluq Çempionlar Liqasında olduğu kimi çətin olacaq.

Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı keçirəcəyimiz oyunun əhəmiyyətini bilirik. Çətin oyun olacaq. “Mançester Yunayted”ə qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Daha çox oynamağımız, daha mütəşəkkil oyun göstərməyimiz lazımdır, əks halda, bizim üçün çətin olacaq”.

“Mançester Yunayted” – PSJ oyunu dekabrın 3-də keçiriləcək.