“Mançester Yunayted”ə gələrək, daha yaxşı futbolçu olacağımı bilirdim”

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Aaron Van-Bissaka açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, yayda “Kristal Pelas”dan transfer olunan 21 yaşlı futbolçu, “qırmızı şeytanlar”a uyğunlaşmaqla və klubla bağlı açıqlama verib:

“Burda özümü xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu müddət ərzində yaxşı işlər görmüşəm və daha da inkişaf edəcəm. Oyunumuza gəlincə, bu, təkcə mənim çıxışımla deyil, ümumi komanda ilə bağlı məsələdir. Komanda yoldaşlarım da həm meydanda, həm də meydandan kənarda mənə kömək edirlər. “Mançester Yunayted”ə gələrək, daha yaxşı futbolçu olacağımı bilirdim. Bu klubda baş məşqçinin planlarını və gənc futbolçularla nələr etdiyini görmək maraqlıdır. Vacib olan sabitlikdir, bunu bacarsaq, başqa səviyyəyə qalxacağıq”.