“Mançester Siti”nin yeni mövsüm üçün ev forması – FOTO

“Mançester Siti” 2022/2023 mövsümü üçün ev formasını təqdim edib.

Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilərin” rəsmi saytı məlumat yayıb. Forma komandanın 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərindəki uğurlarına həsr olunub.

Forma dəstinin təqdimatında yarımmüdafiəçilər Cek Qriliş, Fil Foden və Oleksandr Zinçenko iştirak ediblər. Forma komandanın ənənəvi mavi rənglərində hazırlanıb. Yeni formanın yaxasında və qollarında qırmızı, ağ rənglər var.

Yeni forma həm də, 1966-1979-cu illərdə “Mançester Siti” klubunda çıxış etmiş sabiq yarımmüdafiəçi Kolin Bellə həsr olunub.