“Mançester Siti”nin yarımmüdafiəçisi “Midlsbro”da

İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Patrik Roberts “Midlsbro”ya keçib.

Komanda.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun yeni klubu məlumat yayıb.

Çempionşip təmsilçisi yarımmüdafiəçini mövsümün sonuna kimi icarəyə götürüb. Roberts geridə qalan mövsümün ikinci dövrəsini də “Midlsbro”da icarədə keçirib və 11 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Patrik karyerası ərzində “Fulhem”, “Seltik”, “Jirona” və “Norviç Siti” klublarının da formasını geyinib. O, “Mançester Siti”nin əsas komandasında cəmi 3 oyuna çıxıb.