“Mançester Yunayted” də xal itirdi

Bu gün İngiltərə Premyer Liqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Açılış oyununda “Arsenal” “Bernli”ni 2:1 hesabıyla məğlub edib. “Liverpul” isə səfərdə “Sauthempton”dan üstün olub.

Turun mərkəzi görüşündə “Mançester Siti” doğma azarkeşləri önündə “Tottenhem”lə qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

“Çelsi” bu turda “Lester”lə qarşılaşıb və xal itkisi ilə üzləşib.

Turun qapanış matçında “Mançester Yunayted” “Vulverhempton”la qarşılaşıb. Bu oyunda da tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.

İngiltərə Premyer Liqası, 2-ci tur

17 avqust

Arsenal – Bernli 2:1
Qol:
Lakazett, 13. Obameyanq, 64 – Barnes, 43.

Aston Villa – Bornmut 1:2
Qol:
Luis, 71 – Kinq, 2-pen. Uilson, 12.

Brayton – Vest Hem 1:1
Qol:
Trossard, 65 – Hernandes, 61.

Everton – Uotford 1:0
Qol:
bernard, 10.

Norviç – Nyukasl 3:1
Qol:
Pukki, 32; 63; 75 – Şelvi, 90+3

Sauthempton – Liverpul 1:2
Qol:
İnqs, 83 – Mane, 45+1. Firmino, 71

Mançester Siti – Tottenhem 2:2
Qol:
Sterlinq, 20. Aquero, 35 – Lamela, 23. Lukas, 56.

18 avqust

Şeffild Yunayted – Kristal Pelas 1:0
Qol
: Lundstram, 47.

Çelsi – Lester 1:1
Qol
: Mount, 7 – Ndidi, 67.

19 avqust

Vulverhempton – Mançester Yunayted 1:1
Qol
: Neves, 55 – Marsyal, 27.

Bombardir: Teemu Pukki (Norviç), Rahim Sterlinq (Mançester Siti) – 4 qol

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button