“Mançester Siti”nin təxirə salınmış oyununun vaxtı açıqlandı

Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınmış “Mançester Siti” – “Vest Hem” matçının keçiriləcəyi tarix müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma fevralın 19-da baş tutacaq.

Bu barədə “Mançester Siti”nin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu oyun əslində fevralın 9-da keçirilməli idi. Amma həmin günə gözlənilən fırtına səbəbindən təhlükəsizlik məqsədilə qarşılaşmanın başqa tarixə keçirilməsi qərara alınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button