“Mançester Siti”nin sabiq futbolçusu intihar etdi – 17 yaşında

“Mançester Siti”nin sabiq futbolçusu Jeremi Visten vəfat edib.

Komanda.az xəbər verir ki, 17 yaşlı oyunçu intihar edib. Bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb.

Visten, 2016-cı ildə “Mançester Siti”nin akademiyasına daxil olub. Lakin qısa zaman sonra akademiyanı tərk edən mərhum futbolçunun psixoloji problemlər yaşadığı və bu səbəbdən intihar etdiyi iddia olunur.