“Mançester Siti” rəsmən açıqladı: 11 il sonra klubu tərk edir

“Mançester Siti”nin futbolçusu Vensan Kompani klubdan ayrılır.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Kompaninin müqaviləsinin yenilənməyəcəyi və klubdan ayrılacağı bildirilib.

33 yaşlı müdafiəçi “Mançester Siti”nin Federasiya kubokunun (FA) finalında “Uotford”u 6:0 hesabıyla məğlub etdiyi matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

2008-ci ildən “Mançester Siti”də forma geyinən Kompaninin “şəhərlilər”lə müqaviləsi mövsümün sonuna qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button