“Mançester Siti”dən Meksika klubuna

“Mançester Siti”nin futbolçusu Uriel Antune karyerasını Meksikada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəlçi “Çivas” klubuna keçib. Bu barədə Meksika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Antune ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. İngiltərə mətbuatının xəbərinə görə, “Çivas” meksikalı futbolçu üçün “şəhərlilər”ə 11 milyon avro ödəyib.

“Mançester Siti”nin U-23 komandasında çıxış edən Antune, Meksika millisinin də üzvüdür. Yarımmüdafiəçi son mövsümü icarə əsasında “Los Anceles Qalaksi”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button