“Futbolçuların bir çoxu bu virusdan qorxur” – Aquero

“Mançester Siti”nin futbolçusu Serxio Aquero koronavirus pandemiyası haqda danışıb.

Komanda.az xəbər verir ki, Argentina mətbuatına açıqlama verən 31 yaşlı hücumçu, koronavirusa görə bir çox futbolçunun qorxu içində olduğunu deyib:

“İnsanlar var ki, virusun heç bir simptomu yoxdur, ancaq xəstəliyin daşıyıcısıdır. Xəbəriniz olmadan virusa yoluxa bilərsiz. Futbolçuların bir çoxu bu virusdan qorxur. Çünki onların ailələri və uşaqları var.

Artıq biri xəstələnəndə dərhal “orda nə baş verir?” deyə, düşünəcəyik. Olduqca gərgin zaman yaşayacağıq. Ümid edirəm ki, qısa zamanda bu virusun peyvəndi tapılar və bütün bunlar sona çatar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button