Aqueronun son durumu bilindi – ÇL matçında olacaq?

“Mançester Siti”nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının qalan oyunlarında komandasına kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “The Guardian” nəşrinə açıqlamasında deyib. Aquero, zədə səbəbindən ÇL-in qalan oyunlarında komandasına kömək edə bilməyəcəyini bildirib.

Aquero iyun ayında dizindən əməliyyat olunmuşdu.

“Mançester Siti” Çempionlar Liqasında 1/4 finala yüksəlib və “şəhərlilər” bu mərhələdə “Lion”la qarşılaşacaq. “Mançester Siti” – “Lion” matçı avqustun 15-də, Portuqaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button