“Mançester Siti”nin futbolçusunun evi qarət olundu – 555 min avroluq ziyan

“Mançester Siti”nin futbolçusu Riyad Mahrezin evi qarət olunub.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Oğrular evdən qol saatları, zinyət əşyaları, futbol formaları və 61 min avrodan da çox pul aparıb. Mahrezə dəyən ümumi zərər 555 min avrodur.

Futbolçunun oğurlanan “Richard Mille” markalı saatının qiyməti 230 min dollardır.