“Mançester Siti”nin futbolçusundan yeni müqavilə – 100 milyonluq gəlir

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq “Air Jordan” şirkəti ilə əməkdaşlığa başlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu imzaladığı yeni müqaviləylə 100 milyon funt-sterlinq gəlir əldə edəcək.

Ötən il Fransanın PSJ klubu da “Air Jordan” şirkəti ilə əməkdaşlığa başlamışdı. “Air Jordan” “Nike” şirkəti tərəfindən 1984-cü ildə yaradılıb.