“Mançester Siti”nin futbolçusu millinin heyətindən çıxarıldı

“Mançester Siti”nin futbolçusu Qabriel Jezus Braziliya yığmasının heyətindən çıxarılıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu zədə səbəbindən millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Boliviya və Peru ilə oyunlarını buraxacaq. Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qabrielin əvəzinə milliyə “Herta”dan Mateus Kunya çağırılıb.