“Mançester Siti”nin futbolçusu millidə zədələndi

Futbol üzrə Belçika yığmasının və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Breyne zədələnib.

Komanda.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində qarşılaşdıqları İngiltərə ilə matçda (1:2) sıradan çıxıb.

Həkimlər 29 yaşlı yarımmüdafiəçinin zədəsinin qısa müddət ərzində sağalmasının mümkün olmadığını bildiriblər. Bu üzdən də o, Belçika milliisnin düşərgəsini tərk edib. De Breyne 4-cü turda qarşılaşacaqları İslandiya ilə oyunda komandasına kömək edə bilməyəcək.

De Breynenin Premyer Liqada “Arsenal”la oyunda (17 oktyabr) “Mançester Siti”yə kömək edib-etməyəcəyi isə sual altındadır.