“Liverpul” “Barselona”nı 4:0 hesabıyla məğlub edə bilər”

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul”la “Barselona” arasındakı cavab matçıyla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu, ilk oyunda 0:3 hesabıyla məğlub olmasına baxmayaraq, “Liverpul”un finala yüksələ biləcəyini deyib:

“Liverpul” “Barselona”nı 4:0 hesabıyla məğlub edə bilər. Bunu xəyal edə bilirəm. Səbəbini bilmirəm, ancaq Yurgen Klopp kimi bir baş məşqçi oyunçularını motivasiya edərək, “Barselona”nı mübarizədən kənarlaşdıra bilər”.

Gündoğanla Yurgen Klopp 2011-2016-cı illər aralığında “Borussiya”da (Dortmund) birgə çalışıb.

“Liverpul” – “Barselona” matçı bu gün, saat 23:00-da start götürəcək.