“Barselona” “Mançester Siti”nin hücumçusu ilə razılığa gəldi

“Mançester Siti”nin futbolçusu Ferran Torres karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu “Barselona”ya keçə bilər. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Xəbərdə, Torresin artıq Kataloniya klubu ilə 5 illik razılıq əldə etdiyi bildirilib. İspan futbolçu daha az maaş qarşılığında “Barselona”da oynamağa razıdır.

“Barselona” Torreslə fərdi razılığa gəlib və yaxın zamanda “Mançester Siti” ilə danışıqlara başlayacaq.

Torres bu mövsüm “Mançester Siti” ilə 7 oyunda 3 qol vurub.