David Silva italyanların “radar”ında – meneceriylə görüşdülər

“Mançester Siti”nin futbolçusu David Silva karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ispan yarımmüdafiəçinin xidmətində “Milan” klubu maraqlıdır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Xəbərdə, “Milan” nümayəndələrinin artıq Silvanın meneceri ilə görüşdüyü bildirilib. A Seriyası təmsilçisi yarımmüdafiəçini mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.

“Şəhərlilər”lə mövsümün sonuna qədər müqaviləsi olan Silva ilə “Betis” də yaxından maraqlanır.