Qrilişə görə “Mançester Siti”dən ayrılmaq istəyir

“Mançester Siti”nin futbolçusu Bernardo Silva klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. “Şəhərlilər” Silvanın çıxış etdiyi mövqe üçün “Aston Villa”dan Cek Qrilişi almağa hazırlaşır.

Silva ingilis yarımmüdafiəçinin gəlişindən sonra az şans qazanacağı ehtimalına qarşı indidən klubunu dəyişmək niyyətindədir.

2017-ci ilin yayında “Mançester Siti”yə keçən Bernardonun klubla müqaviləsi 2025-ci ilin iyuluna qədərdir. Portuqaliya millisinin də üzvü olan 26 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 70 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button